İngiltərənin “Çelsi” klubu klublararası dünya çempionatının qalibi olub.
Missiya.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda zadəganlar Fransanın “PSJ” komandasını 3-0 hesabı ilə məğlub edərək, kuboku başlarının üzərinə qaldırıb.
Xatırladaq ki, “PSJ” 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da matçı stadiondan canlı olaraq izləyib.
Daşqın Həsənov
Missiya.Az