AZ

Rusiyada azərbaycanəsilli polis rəisi həbs edildi

Rusiyanın Nijni Novqorod aeroportunda Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi N.Musayevin saxlanılmasını təsdiqləyib.

 

İddia edilir ki, polis polkovnik-leytenantı N.Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.

 

Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

 

Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Seçilən
36
8
senzor.az

10Mənbələr