AZ

Gəncə-Göygöl yolunda zəncirvari qəza - Yaralılar var

Gəncə-Göygöl avtomobil yolunda zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Aydın Nəbiyev küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində “VAZ2107”, “VAZ21015” və Çin istehsalı olan avtomobillər toqquşub.

Nəticədə üç nəfər xəsarət alıb.

Məlumat üçün bildirək ki, sözügedən avtomobil yolu Göyöl Milli Parkına aparır.

Yunis Quliyev




Seçilən
35
4
qafqazinfo.az

4Mənbələr