İsmayıllı rayonunda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimova tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Qeyd edək ki, dünən İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getməsi ilə bağlı məlumat yayılmışdı.