Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in dünən keçirdiyi yoxlama oyununda sıradan çıxıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçunun zədəsi gözlənilən qədər ciddi deyil. O, bu barədə saytımıza özü açıqlama verib:

"Ağrılarım var, amma həkim bildirdi ki, bağlar yaxşıdır. Ağrımın nə vaxta qədər davam edəcəyi bilinmir. Amma çox ümid edirik ki, bir neçə günə yaşıl meydanlara qayıdaram, çox çəkməz".

Onun zədələndiyi anları sizə təqdim edirik: