AZ

Mahir Emreli sıradan çıxdı

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in dünən keçirdiyi yoxlama oyununda sıradan çıxıb.

News365.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun zədəsi gözlənilən qədər ciddi deyil. O, bu barədə saytımıza özü açıqlama verib:

"Ağrılarım var, amma həkim bildirdi ki, bağlar yaxşıdır. Ağrımın nə vaxta qədər davam edəcəyi bilinmir. Amma çox ümid edirik ki, bir neçə günə yaşıl meydanlara qayıdaram, çox çəkməz"

Seçilən
12
6
news365.az

7Mənbələr