AZ

"Fənərbağça"dan növbəti transfer

"Fənərbağça" yay transfer dönəmində üçüncü transferini reallaşdırıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Gent” klubundan Arçie Brovnun transferini rəsmiləşdirib.

23 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.

İngiltərəli futbolçu daha öncə ölkəsində “Derbi Kounti” akademiyasında yetişib, karyerasına isə “Lausanne-Sport” və “Gent” klublarında davam edib.

Seçilən
7
90deqiqe.az

1Mənbələr