"Fənərbağça" yay transfer dönəmində üçüncü transferini reallaşdırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Gent” klubundan Arçie Brovnun transferini rəsmiləşdirib.
23 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
İngiltərəli futbolçu daha öncə ölkəsində “Derbi Kounti” akademiyasında yetişib, karyerasına isə “Lausanne-Sport” və “Gent” klublarında davam edib.