AZ

Gəncədə partlayış: Yanıq xəsarətləri alan şəxs öldü

Gəncə şəhərində baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxs müalicə olunduğu xəstəxanada vəfat edib.

Yenisabah.az APA-yaq istinadla xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Ş.Musayev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzində dünyasını dəyişib.

İyulun 4-də Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərindən birində partlayışla müşayiət olunan yanğın hadisəsi baş verib. pizza sifarişi

Hadisə nəticəsində ev sahibi Ş.Musayev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya, daha sonra isə vəziyyətinin ağırlığı səbəbilə Bakı şəhərinə təxliyə edilmişdi.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
25
7
yenisabah.az

10Mənbələr