AZ

Naftalanda sanatoriyada 37 yaşlı kişinin meyiti tapılıb

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
15
26
cebheinfo.az

10Mənbələr