AZ

Azərbaycanda məşhur sanatoriyada meyit TAPILDI 

  Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.

Referans xəbər verir ki, hadisə sanatoriyada qeydə alınıb.

Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır. /APA


Seçilən
13
26
referans.az

10Mənbələr