AZ

İran ABŞ-la dialoqa hazırdır, ancaq bu şərtlə…– Araqçı AÇIQLADI

  “ABŞ-ın atdığı addımlar müharibəyə səbəb olmasa, İran Vaşinqtonla dialoqu bərpa etməyə hazırdır”.

Bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

Onun sözlərinə görə, ABŞ diplomatik yanaşmasını dəyişib.

“Biz nüvə proqramımızla bağlı dialoqa həmişə hazır olmuşuq. Lakin danışıqlar başlayacağı təqdirdə, ABŞ və digər ölkələrin hərəkətlərinin müharibəyə gətirib çıxarmayacağına əmin olmalıyıq. ABŞ diplomatik yanaşmasını dəyişib. Ona görə də danışıqları bərpa etmək istəsə, müharibə ehtimalı arxa plana keçməlidir”, – Araqçı vurğulayıb./Globalinfo.az  

Seçilən
5
20
referans.az

10Mənbələr