AZ

ABŞ Suriyadakı qoşunlarının sayını azaltmaq niyyətindədir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"ABŞ Suriyada hərbi varlığını əbədi saxlamaq niyyətində deyil".

Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri, Ağ Ev rəhbəri Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak "Anadolu" agentliyinə deyib.

Onun sözlərinə görə, ölkə qoşunlarının Suriyadakı sayı azaldılacaq:

"İŞİD və terrorizmlə mübarizə apararkən vaxt ötdükcə bu qoşunların sayını azaltmaq qərarı verəcəyik".

Barrak Suriyada inteqrasiya prosesindəki risklərə diqqət çəkib:

"Fikrimcə, bu, yeddi aydır uzlaşmanın təmin olunmadığı və keçmişdəki qeyri-müəyyənliklərin gələcəkdə də davam edəcəyindən qorxu duyulan keçid dövrüdür.

Suriya hökuməti ədalətli davranacaqmı? Amma biz orada ona görə deyilik ki, buna məcbur edək. Bunu başlatmaq üçün oradayıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
140
29
oxu.az

10phrase_var_article.sources