QUSAR,, 12 iyul. TELEQRAF
Biz bu gün biz ümumi yığıncaq keçirdik və burada növbəti Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı üzvlərinin iştirakı ilə Qaçış Festivalının Ula Dağ Kurortunda keçiriləcəyi elan olundu.
Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.
O bildirib ki, İttifaqa üzv ölkələrdə illik xizək və snoubord yarışları keçirməyi, həmçinin mədəni və əyləncə tədbirləri təşkil etməyi planlaşdırılır:
“Növbəti yarış gələn mövsüm baş tutacaq və biz çox sevinirik. Ümumiyyətlə, biz bütün kurortlara tez-tez baş çəkmişik, amma Uludağ bizim üçün yəqin ki, ilk təcrübə olacaq və orada gözəl bir yarış keçirəcəyik.”