AZ

Nərgiz İsmayılovaya CEV tərəfindan növbəti təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AVF-nin mətbuat xidməti yayıb.

İsmayılova kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

O, iyulun 11-13-də Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.

Seçilən
12
12
fanat.az

10Mənbələr