Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, N.İsmayılova kişi voleybolçular arasında (U-22) 2026-cı il Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 11 - 13 iyul tarixlərində Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milli komandaları mübarizə aparır.