AZ

Erməni ekspertdən iddia: “Azərbaycanla sərhəddə buraxılş məntəqəsi tikilib”

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Erməni ekspert Qarnik Davtyan qəribə iddia ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhəddində nəzarət-buraxılış məntəqəsinin tikildiyini bildirib.

Davtyan qeyd edib ki, 2021-ci ildə Azərbaycan tərəfinin Qafan-Gorus yolunda inşa etdiyi keçid məntəqəsinin görünüşü ilə ermənilərin tikdikləri məntəqə eyni görünüşə malikdir.“Zəngəzurda nəzarət-buraxılış məntəqəsi quraşdırıldığı barədə məlumatım var. Keçid məntəqəsi 2021-ci ildə Gorus-Qafan yolunda quraşdırılmış Azərbaycan keçid məntəqəsinə bənzəyir. Oradan keçərkən Ermənistan vətəndaşları Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılır”.

Lakin ekspert təhlükəsizlik məsələsini əsas gətirərək, konkret olaraq bu məntəqənin harada tikldiyi barədə məlumat verməyib.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr