AZ

Qaydalar sərtləşdirilir - Gürcüstanda qalmaq üçün yeni şərtlər

Əcnəbilərin Gürcüstana girişi, bu ölkədə qalması, yaşaması və işləməsi qaydaları dəyişdirilir.

Publika.az xəbər verir ki, bununla əlaqədar Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunub.

Dəyişikliklə bir sıra qaydalar sərtləşdirilir.

Əvvəlki qanunvericiliyə görə, viza rejimini pozan əcnəbilər ölkəni tərk edərkən cərimə ödəyirdilər və sonra yenidən Gürcüstana qayıda bilirdilər. Cari il oktyabrın 1-dən etibarən isə əcnəbi Gürcüstanda 3 aya qədər qaldıqda,180 deyil, 1000 lari məbləğində cərimə ödəməli olacaq və 6 ay müddətinə Gürcüstana səfərinə qadağa qoyulacaq.

Əgər əcnəbi ölkədə bir ildən az qalıbsa, qanuni qalma müddəti bitdikdən sonra o, 360 lari əvəzinə 2 min lari cərimə ödəməli və iki il Gürcüstanla vidalaşmalı olacaq.

Ölkədə bir ildən artıq qeyri-qanuni qalanlar üçün cərimə 360 lari deyil, üç il müddətinə ölkəyə giriş qadağası ilə 3 min lari olacaq.

Seçilən
16
14
publika.az

10Mənbələr