Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin üzvü Frederik Yenseni transfer edib.
27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.