AZ

A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə YENİLƏNDİ

"Roma" futbolçusu Mile Svilarla müqaviləsini uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiperlə yeni müqavilə 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Mile ötən mövsüm A seriyasında 16 matçda qapısını qolsuz saxlamağı bacarıb. Bununla da serbiyalı oyunçu çempionatda mövsümün ən yaxşı qapıçısı seçilin. O, 2022-ci ilin yayından "Roma"nın formasını geyinir.

Bizim.Media

Seçilən
51
bizim.media

1Mənbələr