“Çelsi”də çıxış edən portuqaliyalı vinger Joao Feliks yaxın zamanda İngiltərəni tərk edə və karyerasını yenidən vətənində davam etdirə bilər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Benfika” 25 yaşlı futbolçunun transferi ilə maraqlanır və onun üçün 20 milyon avro ödəməyə hazırdır.
Feliksə 2031-ci ilin ortalarınadək olan uzunmüddətli müqavilə təklif ediləcək. O, 2015-2019-cu illər ərzində “Benfika”nın formasını geyinib və buradan 127 milyon avroya “Atletiko”ya transfer olunmuşdu.
Feliks son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib və A Seriyasında 15 oyuna çıxaraq, 2 qol vurub.