AZ

Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı

Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb.

Publika.az xəbər verir ki, hadisə Berejkovskaya sahil yolunda baş verib. Nəticədə azı 6 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır. Yaralılardan ikisinin vəziyyəti isə ağırdır.

Rusiyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Moskva polisi avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb.

Seçilən
18
publika.az

1Mənbələr