AZ

Yığmamız Danimarkaya qalib gəlib

Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparır.

Millimizin rəqibi Danimarka olub. Basketbolçularımız 75:72 hesabı ilə qalib gələrək, növbəti oyunda mübarizə aparmaq hüququ əldə edib. Yığmamızın rəqibi Slovakiya olacaq. .

Qeyd edək ki, C qrupunu 3-cü yerdə başa vuran yığmamız yüksək yerlər uğrunda mübarizə aparmaq şansını itirib.

İdman.biz

Seçilən
15
2
idman.biz

3Mənbələr