AZ

Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... - Təranə Vəlizadə kimdir?


Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.
Gender.Az Oxu24.com-a istinadla xəbər  verir   ki, deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:
“Axı öz ailəsini güclə saxlayan qoca kişi müğənninin nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi”. 


Məşhur “Qal, sənə qurban” mahnısı məxsusi olaraq Təranə Vəlizadə üçün yazılıb. Təranə ilə Eyvaz təzə ailə qurandan üç ay sonra dalaşırlar. Təranə atası evinə küsülü gedir. Atasına isə yalandan “Eyvaz qastrola gedib” deyir. Üç gündən sonra onun atası məsələdən xəbərdar olub, qızını maşınla öz evinə gətirir. Təranə evə gələndə görür ki, üzünü saç-saqqal basmış Eyvazın səsi də batıb. Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur “Qal sənə qurban” mahnısının sözləri yazılıbmış. Müğənni mahnının ona həsr edildiyini düşünür. Bir neçə gündən sonra bəstəkar Bəhram Nəsibov bu şeirə mahnı bəstələyir.


Günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.

Seçilən
29
2
gender.az

3Mənbələr