"Turan Tovuz" Roberto Olabeni transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Olabe 2018-ci ildə Madrid "Atletiko"sunun heyətində olarkən UEFA Superkubokunu qazanıb. O, Madrid təmsilçisindən başqa "Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” və "Tondela" klublarının formasını geyinib.