AZ

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Dil insanlar arasında ünsiyyət və kommunikativvasitə olmaqdan başqahəm də onun daşıyıcısı və mənsubolduğu etnosun milli - mənəvi dəyərlərinin, kimliyininqorunub saxlanılmasında ən təsirli vasitələrdən, etibarlı saxlanclardan biri hesab olunur. Əslində dilxalqın keçdiyiinkişaf tarixi ilə qoşa addımlayan, belə bir təkamül prosesininayrı-ayrı mərhələlərini özündə cəmləşdirən qeyri-adi mədəniyyət faktoru vəlinqvistik hadisədir.

Dildəmədəni-tarixi inkişafınən dərin qatlarını və mərhələlərini və eyni zamanda müasir səviyyəsini izləmək mümkündür. Bubaxımdan dil sözün geniş mənasında ümumfiloloji bir mahiyyət daşımaqla yanaşı, həm də milli tarixi yaddaşın vəbir küll halında xalqın tarixi təcrübəninyazıda maddiləşən salnaməsinin yaradılmasında son dərəcə mühüm bir funksiyanı yerinə yetirənsahə olduğunudiqqətdən kənarda saxlamaq olmaz.

Dilin ədəbi-bədii düşüncənin inkişafında, özünü ifadə imkanlarının gerçəkləşməsində rolunu burada xüsusi vurğulamaq lazımdır. Doğrudan da, dil ədəbiyyatın tikinti materialıdır tezisi əbəs yerə işlədilməyib. Ancaqbeləbir tezisə qarşı bir anti-tezis də irəli sürmək olar: dil yalnız ədəbiyyatın tikinti materialıdırmı? Beləbir yanaşmadilindigər sahələrdə və çevrələrdə işlənilmə səviyyəsini mədudlaşdırmı?

Əslində dil birmənalı şəkildə elmin, sənətin, yaradıcılığın bütün sahə və istiqamətlərində fəal şəkildə işlənilən, genişbir şəbəkəni çevrələmək gücündə olanbir anlayışdır.

Əvvəllərdilə real praktik şüur kimi yanaşılantəriflərdə onuninsan təfəkkürünün, şüur və düşüncəsinin əsas göstəricisi olması barədə irəli sürülən məlum mülahizələri büsbütün inkar etmək də doğru olmazdı. Düzdür,beləbir dəyərləndirmədə dilinbütünmahiyyəti təfsilatı ilə özünün ifadəsini tapmırdı. Ancaqbununla belə,burada dilə məxsus vacib bir xüsusiyyətinobyektiv izahınıtapdığını aydın şəkildə görmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, dillə bağlı müzakirələr zaman-zaman aparılmış, çalın-çarpazdisskusiya və polemikalar əsasən dilin çağdaş vəziyyəti, onun saflığının, ilkinliyinin qorunub saxlanılması, yad təsirlərdən hifz olunması bir qayda olaraq ön planaçıxarılmışdır.

Vaxtilə məşhur pedaqoq, ədəbiyyat tarixçisi və tənqidçi Firidun bəy Köçərli1913-cü ildə qələmə aldığı “Ana dili” adlı məqaləsində dillə bağlı müzakirələrdə qaldırılanproblemlərdənbəhs edərək yazırdı: “Xeyli vaxtdırki, dil məsələsi məhəlli-müzakirəyə qoyulub, onunüstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinətərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onuntərəfini saxlayır. Birparaları da İbn-Yafəs kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın.”

Təbii ki, cəmiyyətdə, ictimai-siyasi, sosial-iqtisadi həyatda baş verən dəyişikliklər, yeniliklər dilə də təsirsiz ötüşmür. Dilbu intəhasızproseslərin içərisində öz imkanlarını, lüğət fondunu, leksik-qramatik quruluşunu inkişaf etdirməyə doğru istiqamətlənmişdir.

Beləprosesləri dünya dillərinin tarixi təcrübəsində də yaxından izləmək mümkündür.Bu mənadadillər arasında inteqrasiya, dil əlaqələri və münasibətləri heç də dominant və statik səviyyədə dayanmamış, lüğətfondununzənginləşməsindəzərurət üzündən ayrı-ayrı dillərdən söz, leksik vahidlər almaq məcburiyyətində qalmışdır. Dil mübadiləsininbeləbir qaçılmaz şəkil almasıdünyada “təmiz dil” anlayışı ideyasını büsbütün inkarını gündəmə gətirir.Bu, hətta eyni dil ailəsinə mənsub olan qohum dillərdə də müşahidə olunanbir haldır.

Türk dilləri içərisində özünəməxsus inkişaf yolu keçən dillərdənbiri olan Azərbaycan dili (Azərbaycan türkcəsi) uzun müddətmənsub olduğu coğrafiyada yaşayan xalqların dilləri ilə təmasda olmuş, Şərq-müsəlman dünyasının aparıcıdillərindən olan ərəb, fars dillərinin təsiri iləözünün lüğət tərkibinəyeni sözlər daxil etmişdir.

Başqa birfaktı da burada xatırlatmaq lazımdır. Belə ki, fars dili orta əsrlərdə Şərq xalqları arasındaşeir dili kimi formalaşaraq bir ənənə halına çevrilmiş, türk-Azərbaycan əsilli sənətkarların bir çoxubu dildəböyük ədəbi hadisəyə çevrilənəsərlər yaratmışlar. Əfzələddin Xaqani Şirvanidən və Nizami Gəncəvidən başlanan bu ənənəni əsrlər boyu davam etdirənşairlərinbu dildə əsərlər yazması onların öz doğma dillərindən imtina etməsi və ya onların mənsub olduqları dilin ifadə imkanlarınınməhdudluğu kimi izah olunabilməz. Eyni vəziyyətielm dili olan ərəb dilinə münasibətdə də izləmək olar.

Ərəb istilasından və islam dininin yayılmasından dolayı türk dillərinəərəb sözlərinin və izafət birləşmələrinin işləklik qazanması, bilavasitə istila faktı iləbağlı idi. Ərəblər eyni zamanda islam mədəniyyətini və dilinidə qəbul etdirməkdə israrlı idilər. Bunun nəticəsi olaraq Azərbaycan və digər türk mənşəli dillərin lüğət fonduna çoxsaylı sözlər daxil oldu.

Dahasonralar baş verən ictimai-siyasi proseslər – Azərbaycanın ikiyə bölünməsi, sovet istilası, yeni ədəbiyyat və dil siyasəti, elmi-texniki yeniliklər nəticəsində slavyan-rus və Avropa mənşəli sözlərin anlayış və terminlərin Azərbaycan türkcəsinə “çağrılmamış qonaq kimi daxil olması”na rəvac verildi.

Firidun bəy Köçərlininhəyəcan təbili kimi səsləndirdiyi mülahizələrbu gün də Azərbaycan dili üçün aktual bir problem kimi önə çəkilməkdədir.Azərbaycanın milli müstəqilliyininilk illərindənelan olunan bir təkif – ortaq əlifba və dil məsələsinin tam şəkildə həyata keçirilməsi ideyası hələ də öz həllini gözləməkdədir. Əgərbiztürk birliyindən əməkdaşlıq və qardaşlığından bəhs ediriksə, onubir millət, iki dövlət adlandırırıqsa, nə üçünbizim şəhərimizlə yanaşı, az qala qəsəbə və kəndlərimizin müəssisə və təşkilatlarının adlarına, küçə rekamlarına, lövhələrinə mənşəyi və mənasıçoxlarına məlum olmayan sözlər çıxarılır?

Bu, heç də dil əlaqələrinininteqrasiya hadisəsi kimi başa düşülməməlidir, əksinə, milli yaddaşın daşıyıcısı olan dilinsıxışdırılması və onun porensial imkanlarından istifadə etməkdən imtina edilməsindənbaşqa bir şey deyil.

Reklamvə ad göstəricilərində sovet dönəmində geniş yer alan lövhələrin ingilis dilində yerilməsi başa düşüləndir. Bəs ingilis dilininaz qala uşaq bağçasından ali məktəblərə qədər geniş şəbəkəsinin yaradılması Azərbaycan dilinin sıxışdırılması deyilmi? Bizçoxlu dil bilməyin əleyhinə deyilik. O da başa düşüləndir ki, ingilis dilibeynəlxalq statusa malik bir dildir. Dünyayaçıxış üçün bu dilin geniş imkanlar yaratması da günün real həqiqətlərindəndir. Ancaqbeləgeniş imkanlara sahiblənən hər hansı bir dilindigər milli dilləri sıxışdırılmasına heç bir vəchlə imkan verilməməlidir.

İndidillə bağlı “Qaynar xətt”lərin və monitorinqlərinkeçirilməsi də Azərbaycan dilinimövcud təhlükələrdənqoruyacağına ümidbəsləmək olmaz.

Dili xilas etməyinhəlliyollarının axtarılması yəqin ki, onun daşıyıcıları olan xalqa həvalə olunmalıdır. Mətbuat səhifələrində, radio-televiziya və saytlarda dili qayğılandıranproblem məsələlərə geniş yer ayrılmasına xüsusi diqqət yetirilməlidir.

Dilin sahibi xalqdır, onun saflığı, yad təsirlərdən qorunması müdafiəsinəqalxmaq səlahiyyətinin xalqdan başqa bir quruma verilməsinin nəticə verməyəcəyi dəfələrlə sınaqdançıxıb. Yenə nicat yolunu xalqda axtarmaq lazımdır.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.

Qürbət Mirzəzadə,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AYB-nin və AJB-nin üzvü

Seçilən
60
4
turkustan.az

10Mənbələr