"Turan Tovuz" yeni transferini açıqlayıb. 


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Roberto Olabe ilə anlaşıb. 


İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 


2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.


Qeyd edək ki, "Turan Tovuz" daha öncə David Tavares və Abdulla Rzayevi transfer edib.