AZ

Azərbaycan basketbolunda İLK: İki klubumuz Avropa Kubokunda mübarizə aparacaq

Kişi basketbolçulardan ibarət “Neftçi” klubu avrokubokda mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi FIBA Avropa kubokunda oynayacaq.

Təmsilçimiz birbaşa yarışın müntəzəm çempionatında gücünü yoxlayacaq. Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.

Hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münxen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Basketbol Liqasında ikinci yeri tutub. Onlar final mərhələsində “Sabah”a uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr