“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az “qartallar”ın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Borna Sosa London təmsilçisi ilə müqavilə imzalayıb.
27 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə bağlanıb. O, “Kristal Pelas”a “Ayaks”dan keçib. Transferin dəyəri təxminən 3,5 milyon avro təşkil edib.
Xorvatiya millisinin üzvü olan futbolçu yığmanın heyətində 26 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.