ain.az bildirir, 525.az portalına istinadən.
Suriyanın şimal-qərbində, Latakiya vilayətinin Bayırbucak bölgəsində 7 gün əvvəl başlayan meşə yanğını güclü külək səbəbindən genişlənməkdə davam edir.
525.az xarici mediaya istinadən xəbər verir ki, Qartal və Zahiyə dağları və Bayırbucakdakı 45 təpə ətrafında alovlanan yanğın hələ də nəzarət altına alınmayıb.
Qeyd edək ki, mülki müdafiə və yanğınsöndürmə qrupları, həmçinin Türkiyə, İordaniya və Livandan göndərilmiş təyyarələr yanğınla mübarizə aparır.
Malik Atilay
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.