AZ

Makron İngiltərədə özünü belə BİABIR ETDİ

  Həyat yoldaşı Bricitlə birlikdə Böyük Britaniyada üç günlük dövlət səfərində olan Fransa prezidenti Emmanuel Makron krallığın protokolunu iki dəfə pozub.

Bu barədə Britaniyanın “The Daily Mail” qəzeti məlumat yayıb.

“Emmanuel Makron Vindzor qəsrində qoşunların təntənəli baxışı zamanı Kral III Çarlzın önündə getdiyinə görə tənqid edilib”, – nəşr yazır.

Bir çox izləyicilər Fransa prezidentinin bu addımından narazı qalıblar. Sosial şəbəkələrdə istifadəçilər Makronun davranışının qəsdən olduğunu irəli sürüblər.

Qəzetin yazdığına görə, Makron ikinci dəfə də protokolu pozaraq Qrenad Mühafizəçilərinin yanında, kralın önündə gedib və qvardiya kapitanının kürəyinə vurub. Protokola görə, mərasim zamanı gözətçiyə toxunmaq olmaz.

Bundan başqa, Makron dövlət tədbirində Uels şahzadəsi Keyt Middltonla flört etdiyi üçün tənqid hədəfinə tuş gəlib./Globalinfo.az  

Seçilən
13
1
referans.az

2Mənbələr