AZ

Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?VİDEO

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır.

Xezerxeber.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidən bildirilib ki, bu il bağçalarda ölkə üzrə 58 min 500 boş yer var. Bu yerlərə qəbul prosesinə növbəti həftədən start verilir.

Paytaxt üzrə qəbul prosesi isə iyul ayının 25-dən etibarən başlayacaq. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Agentlikdən bildirildi ki, valideynlər bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər. Eyni zamanda köhnə kabinetdən də istifadə etmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
2
xezerxeber.az

3Mənbələr