AZ

Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək? 

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidən Ölkə.az-a bildirilib ki, bu il bağçalarda ölkə üzrə 58 min 500 boş yer var. Bu yerlərə qəbul prosesinə növbəti həftədən start verilir.

Paytaxt üzrə qəbul prosesi isə iyul ayının 25-dən etibarən başlayacaq. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq

Agentlikdən bildirildi ki, valideynlər bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər. Eyni zamanda köhnə kabinetdən də istifadə etmək mümkündür.

Seçilən
1
2
olke.az

3Mənbələr