AZ

Mingəçevirdə 3200 abonent qazsız QALACAQ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
21
redaktor.az

10Mənbələr