AZ

Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır?VİDEO

Son vaxtlar fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramlarına maraq artıb. Ancaq bunun effektiv olduğunu inananlar olduğu kimi, əksini bildirənlər də var. Maraq böyük olduğundan belə proqramların sosial şəbəkələrdə də satış elanları kifayət qədərdir. Bəs bu reseptlər niyə belə bahadır?

Xezerxeber.az-ın məlumatına görə, fitnes məşqçisi Səmra Hüseynov bildirir ki, idman və formada qalmanın dəbə düşməsi belə qidalanma proqramlarına da marağı artırıb.

O da bildirildi ki, belə qidalanma proqramları şəxsin həkim yoxlanışı, analizlərindən sonra təyin olunmalıdır. 

Həkim-diyetoloq Tutu Zeynalova isə deyir ki, belə qidalanma proqramlarını təsadüfi şəkildə istifadə etmək olmaz, əks təqdirdə ağır fəsadları ola bilər.

Qeyd edək ki, qiyməti 150-1000 manat arası dəyişən bu qidalanma menyuları hər aydan bir yenilənir və bunun üçün də hər dəfə ayrıca ödəniş edilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
2
xezerxeber.az

3Mənbələr