BAKI. 11 iyul. TELEQRAF
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" komandası ikinci yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, rəqib "Alanyaspor" olub.
Super Liqa təmsilçisi ilə görüşdə qapılara qol vurulmayıb - 0:0.
"Araz-Naxçıvan" növbəti oyununu iyulun 17-də "Trabzonspor"a qarşı keçirəcək.