RU

"Araz-Naxçıvan" Türkiyə Super Liqası klubu ilə heç-heçə etdi

BAKI. 11 iyul. TELEQRAF

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" komandası ikinci yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, rəqib "Alanyaspor" olub.

Super Liqa təmsilçisi ilə görüşdə qapılara qol vurulmayıb - 0:0.

"Araz-Naxçıvan" növbəti oyununu iyulun 17-də "Trabzonspor"a qarşı keçirəcək.

Избранный
15
teleqraf.com

1Источники