AZ

İstidə sağlam insanın belə ürəyinə yük artır həkim xəbərdarlığı

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

İsti havalar insan sağlamlığına ciddi təsir göstərir. Gemotest laboratoriyasının eksperti, tibb elmləri namizədi, nevroloq Yekaterina Demyanovskaya bildirib ki, +30…+35 °C temperaturda hətta sağlam insanlarda belə ürəyə düşən yük 2-3 dəfə artır. Onun sözlərinə görə, artıq çəkisi, hipertoniyası və ürək-damar xəstəlikləri olan şəxslər üçün isə bu havalar daha təhlükəlidir.

Doğru.az xəbər verir ki, nevroloq xüsusilə fiziki işlərin səhər saatlarında planlaşdırılmasını, uzun müddət günəş altında qalmaqdan çəkinməyi, bol maye qəbul etməyi və kölgədə istirahəti tövsiyə edib.

“İlk əlamətlər – başgicəllənmə, ürəkbulanma, təngnəfəslik, dərinin qızarması və ya tərləmənin dayanması müşahidə olunarsa, dərhal sərin yerə keçmək, paltarları gevşətmək, su içmək və mümkün olduqda duş qəbul etmək lazımdır”, – deyə həkim qeyd edib.

O vurğulayıb ki, bədən tər vasitəsilə elektrolitləri itirdiyi üçün, şəkərsiz meyvə içkiləri və mineral su içmək vacibdir. Əgər vəziyyət ağırlaşarsa və insan özünə gələ bilməzsə, mütləq təcili yardım çağırılmalıdır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
dogru.az

1Mənbələr