AZ

Əkrəm İmamoğlunun məhkəməsi təxirə salındı

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılan rəhbəri Ekrem İmamoğlunun Beylikdüzü Bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə keçirilmiş tenderdə qanunsuzluğa yol verdiyi iddiası ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə iclasında İmamoğlunun vəkili və iş üzrə müdaxilə edən Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirak edib. İmamoğlu isə başqa cinayət işi üzrə həbsdə olduğu üçün duruşmaya qatılmayıb. Məhkəmədə hakim və prokuror da dəyişib.

Prokuror əsaslandırılmış rəy verə bilməsi üçün iş materiallarının İstanbul Baş Prokurorluğundan qayıtmasını gözlədiyini bildirib. Hakim isə işi 24 oktyabr tarixinə təxirə salıb.

Qeyd edək ki, İmamoğlu və digər təqsirləndirilən şəxslər barəsində “tenderə saxtakarlıqla müdaxilə” maddəsi ilə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
metbuat.az

2Mənbələr