AZ

Millimiz ardıcıl iki qələbə qazandı - Dünya Seriyası

Qadınlardan ibarət 3x3 basketbol millimiz Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.

Seçilən
26
11
football-plus.az

8Mənbələr