AZ

Azərbaycan televiziyalarında daha çox hansı proqramlar yayımlanır?

Bakı. Trend:

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqivə təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, mayvə iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarındayayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Qurumdan Trend-ə verilən məlumata görə, statistikaya əsasən,açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdəolmuş proqramların janr bölgüsü belə olub:

  • 24,5% - informasiya və analitik proqramlar
  • 16,4% - musiqi və əyləncəli proqramlar
  • 15,8% - idman proqramları
  • 12,0% - bədii filmlər və seriallar
  • 11,8% - reklam məzmunlu materiallar
  • 8,3% - mədəni-maarif janrında proqramlar
  • 3,6% - anonslar, elanlar
  • 3,3% - sosial proqramlar
  • 2,3% - sənədli film və materiallar
  • 1,1% - sosial çarxlar
  • 0,9% - uşaq proqramları və cizgi filmləri
Seçilən
19
2
az.trend.az

4Mənbələr