AZ

Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır

Rusiya cavab tədbiri olaraq Polşanın Kalininqraddakı konsulluğunu bağlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, i yulun 11-də Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib. Notada qeyd olunub ki, Polşa hakimiyyətinin 30 iyun 2025-ci il tarixindən Krakovdakı Rusiya Baş Konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı geri götürməsinə cavab olaraq, Rusiya tərəfi Polşanın Kalininqraddakı Baş Konsulluğunun fəaliyyəti üçün verdiyi razılığı 2025-ci il avqustun 29-da geri götürür.

Seçilən
7
4
apa.az

6Mənbələr