AZ

Şəmkirdə otla dolu yük maşını yandı KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəmkirdə yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan otla dolu “ATEKO” markalı yük maşınında anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zaman avtomobil və 3 ton ot bağlaması yanıb. Otun qalan hissəsi yanğından mühafizə edilib.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
7
konkret.az

8Mənbələr