Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan otla dolu "ATEKO" markalı yük maşınında anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zaman avtomobil və 3 ton ot bağlaması yanıb. Otun qalan hissəsi yanğından mühafizə edilib.
Fakt araşdırılır.

