ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan ərazisində xarici filmlərin istehsalı uzun illərdir aparılır və bu sahədə bir sıra böyük layihələr, o cümlədən seriallar həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə yeni mərhələyə qədəm qoyulur: "Əminik ki, yaxın gələcəkdə istehsalçı şirkətlərin sayı artacaq, inkişaf etmiş ölkələrin kino sənayesinin Azərbaycana maraq daha da yüksələcək. Biz bu sahədə yerli özəl şirkətlərlə sıx əməkdaşlıq edirik və artıq bir neçə şirkət bu istiqamətdə ixtisaslaşıb”.
Rəşad Əzizov diqqətə çatdırıb ki, qarşıya insan kapitalının formalaşdırılması ilə bağlı konkret hədəflər qoyulub. Onun sözlərinə görə, qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yüksək nəticə göstərəcəyi gözlənilir. Əsas məqsəd ondan ibarətdir ki, növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin miqyası daha da genişlənsin.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.