AZ

Politoloq: Bu, həm də Azərbaycanın regional liderlik iddiasının praktik göstəricisidir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilməsi çoxşaxəli siyasi və simvolik məna daşıyır. Bu, Azərbaycanın bölgədə suverenliyini tam bərpa etdiyini və beynəlxalq səviyyədə bunu nümayiş etdirdiyini göstərir”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Xankəndidə bu səviyyədə tədbirin təşkili təkcə iqtisadi əməkdaşlıq mesajı deyil, həm də siyasi mesajdır:“Azərbaycan, ECO çərçivəsində uzun illərdir aktiv iştirak etməklə regional inteqrasiyaya töhfə verir. Təşkilatın prioritet sahələri olan enerji, ticarət, logistika və nəqliyyat istiqamətində Azərbaycan mühüm tranzit rolunu oynayır. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi təşəbbüslər bu mənada xüsusilə ön plana çıxır. Zirvə görüşünün Xankəndidə təşkili həm də bölgədə sabitliyin təmin olunduğunu vurğulayır. Bu, təşkilat üzvlərinə Qarabağın gələcək inkişaf perspektivləri ilə bağlı konkret siqnaldır. Azərbaycan ECO çərçivəsində mədəni və humanitar müstəvidə də əməkdaşlığı gücləndirir”. Politoloq əlavə edib ki, Xankəndidə belə bir tədbirin keçirilməsi, regionun təkcə hərbi deyil, həm də iqtisadi və mədəni baxımdan dirçəldiyini nümayiş etdirir:“Bu, həm də Azərbaycanın regional liderlik iddiasının praktik göstəricisidir. ECO ölkələri üçün bu tədbir yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə görüşü sülh çağırışlarının mərkəzində dayanır. Üzv ölkələr arasında birgə iqtisadi layihələrin stimullaşdırılması əsas hədəflərdəndir. Xankəndi görüşü həm də Qarabağın bərpası prosesinə beynəlxalq diqqəti artırır. Ümumilikdə bu Zirvə Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini daha da möhkəmləndirir”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
demokrat.az

2Mənbələr