AZ

PKK silahları yandırdı: "Xeyirli olacaq"

Hurriyyet.az Türkiyə mediasına istinadla xəbər verir ki, PKK terror təşkilatı bu gün Şimali İraqın Süleymaniyyə şəhərində ilk tərki-silah mərasimi keçirib və silahları simvolik şəkildə yandırıb.

Təşkilatın açıqlamasında deyilir: "Biz PKK lideri Abdullah Öcalanın 19 iyun 2025-ci il tarixli bəyanatındakı çağırışına cavab olaraq İraqın Süleymaniyyə şəhərinə gəlmişik. Bizim buraya gəlişimiz həm də PKK-nın 5-7 may tarixlərində keçirilən  12-ci Konqresinin qərarlarına əsaslanır. Burada silahlarımızı könüllü şəkildə məhv edirik. Ümid edirik ki, bu addım bütün xalqımız,  xüsusilə də qadınlar və gənclər, Yaxın Şərq  və Türkiyə xalqları, eləcə də bütün bəşəriyyət üçün xeyirli olacaq". 

Hürr Tərcüman 

 

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr