Hurriyyet saytına istinadən ain.az xəbər verir.
Hurriyyet.az Türkiyə mediasına istinadla xəbər verir ki, PKK terror təşkilatı bu gün Şimali İraqın Süleymaniyyə şəhərində ilk tərki-silah mərasimi keçirib və silahları simvolik şəkildə yandırıb.
Təşkilatın açıqlamasında deyilir: "Biz PKK lideri Abdullah Öcalanın 19 iyun 2025-ci il tarixli bəyanatındakı çağırışına cavab olaraq İraqın Süleymaniyyə şəhərinə gəlmişik. Bizim buraya gəlişimiz həm də PKK-nın 5-7 may tarixlərində keçirilən 12-ci Konqresinin qərarlarına əsaslanır. Burada silahlarımızı könüllü şəkildə məhv edirik. Ümid edirik ki, bu addım bütün xalqımız, xüsusilə də qadınlar və gənclər, Yaxın Şərq və Türkiyə xalqları, eləcə də bütün bəşəriyyət üçün xeyirli olacaq".
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.