Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən açıq Çelenc Turnirində gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü yarışa 1/8 finaldan başlayıb.
O, ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Çin Taypeyini təmsil edən rəqibinə məğlub olan Zeynalov gümüş medalla kifayətlənib.
İdman.biz