Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən açıq Çelenc Turnirində gümüş medal qazanıb.
Moderator.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü yarışa 1/8 finaldan başlayıb.
O, ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və tailandlı rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Çin Taypeyini təmsil edən rəqibinə məğlub olan Zeynalov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Sabir Zeynalov 2024-cü ildə Fransada təşkil olunan Paris Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurmuşdu.